“Zirə” və “Araz-Naxçıvan”ın Konfrans Liqasındakı rəqibləri müəyyənləşdi
18.06.2025 , 16:30

UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
Korner.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib.
Tədbirdə Azərbaycan təmsilçilərinin də rəqibləri müəyyənləşib.
Belə ki, “Zirə” Xorvatiyanın “Hayduk” (Split) klubu ilə qarşılaşacaq. “Araz-Naxçıvan”ın rəqibi isə Yunanıstan təmsilçisi “Aris” olacaq.
Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin oyunları 24-31 iyul tarixlərində keçiriləcək.
