“Zirə” üçün 2 sınaq
17.01.2023 , 11:27

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” bu gün iki yoxlama matçına çıxacaq.
Korner.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv əvvəlcə Macarıstanın “Szeged” klubu ilə qarşılaşacaq. Görüş saat 13:00-da başlayacaq.
“Qartallar” günün ikinci yarısında daha bir oyuna çıxacaq. Növbəti rəqib isə Serbiyanın “Radniçki” klubu olacaq.
“Zirə” Antalyadakı ilk yoxlama matçında Rumıniyanın “Çindia” klubunu məğlub edib – 3:2.
Yoxlama oyunu
17 yanvar
13:00 “Zirə” – “Szeged Csanad” (Macarıstan)
16:30 “Zirə” – “Radniçki” (Serbiya)
