“Zirə” növbəti mövsümə hazırlıq mərhələsində 3-cü yoxlama oyununu keçirib.
Korner.az-ın məlumatına görə, “qartallar” AZAL-la üz-üzə gəlib.
ADBTİA-nın stadionunda keçirilən oyunda hesabı zirəlilər açıb. Yasin Həmid Fərqləndi. Bundan sonra rəqib iki qol vuraraq hesabda irəli çıxdı. Oyunun sonlarında isə Vüsal İskəndərli bərabərlik qoluna imza atdı – 2-2.
Bununla da, “Zirə” hazırlıq mərhələsinin ilk mərhələsini başa vurdu. Komandamız sabah təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşəcək. İyulun 30-dək davam edəcək hazırlıq çərçivəsində “qartallar”ın daha üç yoxlama oyununda qüvvəsini sınaması planlaşdırılır.
