“Zirə” “Traktorsazi” ilə qarşılaşacaq
30.07.2018 , 10:58

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə”nin hazırlıq planında dəyişiklik olub.
Komanda sabah əvvəldən planda tutulduğu kimi “Əskişəhərspor”la yox, İranın “Traktorsazi” klubunun U-23 komandası ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Qeyd edək ki, “Zirə” Türkiyədəki bundan əvvəlki yoxlama görüşlərində Qətərin “Əl-Xaritiyah” (1:1) klubu və Türkiyə “Giresunspor”u (0:0) ilə bərabərə qalıb, “Osmanlıspor”a qalib gəlib (1:0)
