“Zirə” tarixində ilk dəfə Premyer Liqanın ev oyununda məğlub olub.
Korner.az-ın məlumatına görə, paytaxt təmsilçisi XXXII turun “Qarabağ”la qarşılaşmasında 0:2 hesabı ilə uduzub.
Bunadək öz meydanında keçirdiyi 15 matçda 13 qələbə qazanıb, 3 heç-heçə edən debütantın məğlubiyyətsiz seriyası 16-cı oyunda qırılıb.
Azərbaycan çempionatları tarixinin ən uzun məğlubiyyətsiz ev oyunları seriyası “Neftçi”yə məxsusdu. Bakılılar 1992-96-cı illərdə 57 ev oyununda uduzmayıb.
