“Neftçi” və “Zirə”dən qələbə
05.03.2022 , 21:05

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 18-ci tura start verilib.
Korner.az xəbər verir ki, ilk olaraq meydana “Zirə” və “Sumqayıt” komandaları çıxıb. Görüş “Zirə”nin minimal hesablı qələbəsi ilə bitib – 1:0.
Günün son matçında “Neftçi” “Səbail”lə qarşılaşıb və 2:0 hesablə qələbə qazanıb.
Turun mərkəzi matçı olan “Qarabağ” – “Qəbələ” oyunu isə sabah keçiriləcək.
Azərbaycan Premyer Liqası, 18-ci tur
5 mart
17:00. Zirə – Sumqayıt – 1:0
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Müslüm Əliyev, Əliyar Ağayev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Zirə İdman Kompleksinin stadionu
19:15. Neftçi – Səbail – 2:0
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Vüsal Məmmədov, Tural Qurbanov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
8-ci km stadionu
6 mart
17:00. Keşlə – Sabah
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Vüqar Həsənli
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASK Arena”
19:15. Qarabağ – Qəbələ
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Azersun Arena”
