“Zirə” “Sumqayıt”a qalib gəldi
15.09.2023 , 18:59

Bu gün Azərbaycan Premyer Liqasında VI tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Lider “Zirə” azarkeşləri önündə “Sumqayıt”ı qəbul edib və 1:0 hesablı qələbə qazanıb.
Turun digər oyunları 16 və 17 sentyabrda olacaq.
Azərbaycan Premyer Liqası
VI tur
15 sentyabr
17:00 Zirə – Sumqayıt – 1:0
Baş hakim: Kamranbəy Rəhimov.
