“Zirə” növbəti mərhələdə
02.08.2024 , 00:55

“Zirə” bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununu keçirilib.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi Slovakiya “DAK 1904″ü ilə səfərdə qarşılaşıb.
“MOL Arena”da oynanılan görüşdə “Zirə” 2:1 hesabı ilə qalib gəlib.
Konfrans Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunları
22:30. “DAK 1904” (Slovakiya) – “Zirə” (Azərbaycan) – 1:2
Hakimlər: Covan Kaçevski, Slaqyan Markoski, Branko Putilin, İvana Proykovska (Şimali Makedoniya)
“MOL Arena”
İlk oyun – 0:4.
