“Zirə” Serbiya klubuna qalib gəldi
21.01.2020 , 18:09

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Zirə” növbəti yoxlama matçını keçirib.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi Serbiyanın “Napredak” klubu ilə qarşılaşıb. Görüş Zaur Həşimovun komandasının 2:0 hesablı qələbəsiylə başa çatıb.
Qeyd edək ki, ilk matçında Türkiyə “Ümraniyespor”una 0:3 hesabı ilə məğlub olan “Zirə” ikinci oyununda Rumıniya “Sepsi”sinə qalib gəlib – 2:0.
Yoxlama oyunu
21 yanvar
16:00. “Zirə” – “Napredak” – 2:0
Qollar: Riçard Qadze, Davit Volkov
