“Zirə” sabiq futbolçusu ilə müqavilə bağladı – RƏSMİ
21.01.2020 , 16:21

“Zirə” yeni futbolçu ilə anlaşıb.
Korner.az xəbər verir ki, qəsəbə təmsilçisi Yovan Krneta ilə bu mövsümün sonuna qədər müqavilə imzalayıb.
27 yaşlı serbiyalı müdafiəçi 2015-18-ci illər aralığında “Zirə”nin şərəfini qoruyub. O, həmçinin, ölkəsinin “Teleoptik”, “Srvena Zvezda”, “Sopot”, “Radinçki”, Ukraynanın “Çernomorets və Yunanıstanın “Levadiakos” klublarının formasını geyinib.
