“Sabah”dan qələbə
12.08.2022 , 20:59

Bu gün Azərbaycan Premyer Liqasında 2-ci tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. “Zirə” “Sabah”ı qəbul edib və 1:3 hesabı ilə uduzub.
Qeyd edək ki, turun digər qarşılaşmaları 13-14 avqust tarixində oynanılacaq.
12 avqust (cümə)
19:00. “Zirə” – “Sabah” – 1:3
Qollar: Abdulaye Ba, 5, Coy-Lens Mikels, 26, Sertan Taşkın, 34, Namik Ələskərov, 48
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
“Dalğa Arena”
