Azərbaycan Premyer Liqasının 2017/18 mövsümünün ilk turu çərçivəsində keçiriləcək “Zirə” – “Səbail” oyununun başlama saatı açıqlanıb.
Avqustun 13-də baş tutacaq görüş saat 19:00-da start götürəcək. Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.
“Zirə” ölkə çempionatının ötən mövsümündə 4-cü yeri tutmuşdu. “Səbail” isə ilk dəfə elitada mübarizəyə qatılacaq.
