“Zirə” “Səbail”ə qalib gəldi
10.10.2021 , 11:10

Milli komandaların oyunlarına görə Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Zirə” yoxlama oyunu keçirib.
Korner.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda “Səbail”lə qarşılaşıb. “Dalğa Arena”da keçirilən oyunda “Zirə” 2:1 hesabı ilə qalib gəlib.
“Zirə” – “Səbail” – 2:1
Qollar: Loris Broqno, 24. İlkin Muradov, 40 – Mirsayib Abbasov, 23
