“Neftçi” məğlub oldu, “Zirə”dən qələbə
14.04.2023 , 22:00

Bu gün Azərbaycan Premyer Liqasında 30-cu tura start verilib.
Korner.az xəbər verir ki, tura Zirədə start verilib. Buarada yerli “Zirə” komandası “Səbail”i sınağa çəkib və 3:1 hesablə qələbə qazanıb.
Günü son oyununda isə “Neftçi” “Qəbələ” ilə üz-üzə gəlib. Bu görüşdə meydan sahibləri məğlub olub – 1:2.
Azərbaycan Premyer Liqası
30-cu tur
14 aprel (cümə)
17:30 “Zirə” – “Səbail” – 3:1
Qol: Vladislav Kulaç, 52, Rüstəm Əhmədzadə, 69, Eldar Quliyev, 90+1, Qoba Zakpa, 90+7
Zirə İdman Kompleksinin stadionu
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Zöhrab Abbasov, Əli Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
20:00 “Neftçi” – “Qəbələ” – 1:2
Qollar: Ramon Maçado, 13 , İsnik Alimi, 24(pen), Emin Mahmudov 61(pen)
“Bakcell Arena”
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Şirmamed Mamedov, Rəşad Əhmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
