“Neftçi” və “Zirə”dən qələbə
16.04.2022 , 22:28

Bu gün Azərbaycan Premyer Liqasında 23-cü tura yekun vurulub.
Korner.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib. Əvvəlcə “Zirə” “Səbail”i qəbul edib və 2:1 hesabı ilə qalib gəlib. Digər görüşdə isə “Neftçi” doğma meydanda “Sabah”la üz-üzə gəlib. Görüş “ağ-qaralar”ın 1:0 hesablı qələbəsi ilə bitib.
16 aprel (şənbə)
18:15. “Zirə” – “Səbail” – 2:1
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev
Zirə İdman Kompleksinin stadionu
20:30. “Neftçi” – “Sabah” – 1:0
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Müslüm Əliyev, Tural Qurbanov
“Bakcell Arena”
