“Zirə” və “Neftçi”dən qələbə
12.11.2022 , 20:27

Bu gün Azərbaycan Premyer Liqasında XIV turun növbəti oyunları keçirilib.
Korner.az xəbər verir ki, günün ilk matçı Zirədə baş tutub. Rəşad Sadıqovun rəhbərlik etdiyi yerli komanda “Səbail”i qəbul edib və 1:0 hesablı qələbə qazanıb.
Günün son matçında “Neftçi” evdə “Qəbələ” ilə münasibətlərinə aydınlıq gətirib. Görüş “ağ-qaralar”ın 2:0 hesablı qələbəsi ilə bitib.
Turun açılış matçında “Şamaxı” “Sumqayıt”ı 4:2 hesabıyla məğlub edib.
Digər görüşlər sabah baş tutacaq.
Azərbaycan Premyer Liqası
XIV tur
12 noyabr (şənbə)
“Zirə” – “Səbail” – 1:0
Qol: Rəhim Sadıxov, 73
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Eyyub İbrahimov, Cavid Cəlilov
Hakim-inspektor: Asim Xudiyev
Zirə İdman Kompleksinin stadionu, 16:00
“Neftçi” – “Qəbələ” – 2:0
Qol: Kenni Sayev, 24, Rəhman Hacıyev, 76
Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Rəhman İmami, Rövşən Rəcəbov
Hakim-inspektor: Feyzulla Feyzullayev
“Bakcell Arena”, 18:30
