“Zirə” Rəşad Sadıqovla müqaviləni uzadacaq
07.05.2023 , 00:11
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov klubla yeni müqavilə imzalayacaq.
Korner.az xəbər verir ki, bu barədə o, Premyer Liqanın 33-cü turunda “Şamaxı” ilə keçirilən oyundan sonra (3:0) deyib.
Mütəxəssis, sözləşmə ilə bağlı razılığın yanvar ayından əldə olunduğunu bildirib:
“Müqavilənin uzadılmağı ilə bağlı yanvarda görüş keçirmişdik. Həmin vaxt özüm istəmişdim ki, bunu yayda danışaq. İndi belə qərar qəbul etdik ki, əməkdaşlığımıza davam edək və daha da keyfiyyətli komanda formalaşdıraq. Mən də istəyirəm ki, Konfrans Liqasına gedək. Bu il Konfrans Liqası şansını kubokun 1/4 finalında əldən vermişdik. Gələn il daha güclü “Zirə” olması üçün əlimizdən gələni edəcəyik. Müddəti danışmadıq. Bizim münasibətimiz elədir ki, müqavilə formal bir şeydir. Əgər getməliyəmsə, 5 illik sözləşmə osla da, gedəcəm”.