“Zirə” bu gün Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxacaq.
Korner.az-ın məlumatına görə, “qartallar” Qırğızıstanın “Dordoy” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.
Qeyd edək ki, “Zirə”nin Antalyada ikinci yoxlama matçını yanvarın 22-i Bolqarıstan təmsilçisi “Lokomotiv”ə qarşı keçirəcək.
Yoxlama oyun
16:30. “Zirə” – “Dordoy” (Qırğızıstan”)
