Topaz Premyer Liqasının XXV turunda "Zirə" öz meydanında "Qarabağ"ı qəbul edir.
Zirə Olimpiya Kompleksinin stadionunda keçiriləın oyunun yayımında problem yaranıb. Qarşılaşmanı canlı olaraq azarkeşlərə təqdim edən "CBC Sport" texniki səbəblərdən yayımı yarımçıq dayandırıb.
Buna arenada internetin zəif olması səbəb olub. Meydan sahiblərinin rəsmisindən əldə etdiyimiz məlumata görə, problem stadiondakı internetlə yox, provayderlə bağlıdı.
Bir müddət sonra problem həllini tapıb və oyunun yayımı davam edib.
