Futbol

“Zirə” “Qəbələ”yə qarşı

10.10.2019 , 12:19

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən “Zirə” yoxlama oyunu keçirəcək.

Korner.az-ın klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, Bakı klubu “Qəbələ” ilə qarşılaşacaq. Matç oktyabrın 12-də Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında saat 15:00-da start götürəcək.

Qeyd edək ki, bu, “Zirə”nin yeni baş məşqçisi Zaur Həşimovun  ilk matçı olacaq.

Son yazılar

Yuxarı