“Zirə” “Qəbələ”yə qalib gəldi
16.07.2021 , 23:09

Təlim-məşq toplanışını Bakıda davam etdirən “Zirə” və “Qəbələ” bu gün yoxlama oyununda üz-üzə gəlib.
Zirə İdman Kompleksində keçirilən görüşdə “Zirə” 3:0 hesabı ilə qalib gəlib.
16 iyul
Yoxlama oyunu
19:00.”Zirə” – “Qəbələ” – 3:0
Qeyd edək ki, “Zirə” bundan əvvəlki sınaq matçında “Sabah”la qolsuz heç-heçə edib. “Qəbələ” isə ilk yoxlama oyununa çıxır. Komanda iyulun 21-də “Səbail”lə də qüvvəsini sınayacaq.
