“Zirə”dən heç-heçə, “Qarabağ”dan qələbə
06.10.2019 , 22:22

Bu gün Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub.
Korner.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.
Günün ilk matçında “Zirə” “Qəbələ”ni qəbul edib. Oyun heç-heçə bitib – 1:1
Digər görüşdə isə “Qarabağ” “Sabah”la qarşılaşıb. Ağdam klubu bu oyundan da qalib ayrılıb – 2:0
Premyer Liqa, VII tur
6 oktyabr
18:00. “Zirə” – “Qəbələ” – 1:1
Qollar: İlkin Muradov, 67 – Ülvi İsgəndərov, 64
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Orxan Məmmədov
Zirə İdman Kompleksinin stadionu
20:30. “Qarabağ” – “Sabah” -2:0
Qollar: Maqaye, Qeye, 17, Abbas Hüseynov, 51
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Elşad Abdullayev, Namiq Bəkirov
Tofiq Bəhramov adına Respublika Stadionu
