“Qarabağ” “Səbail”ə qalib gəldi
12.11.2023 , 20:55

Bu gün Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.
Korner.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilib.
Günün ilk matçında “Zirə” azarkeşləri önündə “Qəbələ”ni qəbul edib və 1:0 hesablı qələbə qazanıb.
Turun son oyununda “Qarabağ” “Səbail”i sınağa çəkib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.
Azərbaycan Premyer Liqası
XIII tur
12 noyabr
16:30 Zirə – Qəbələ – 1:0
Baş hakim: Elçin Məsiyev
Zirə İdman Kompleksinin stadionu
19:00 Qarabağ – Səbail – 3:1
Baş hakim: Rəvan Həmzəzadə
Tofiq Bəhramov adına Respublika stadionu
