“Zirə”dən heç-heçə, “Neftçi”dən qələbə
05.02.2023 , 20:27

Azərbaycan Premyer Liqasında XXI turun bu gün daha iki oyunu keçirilib.
Korner.az xəbər verir ki, günün ilk matçı Zirədə olub. Turnir cədvəlinin 4-cü sırasında yer alan yerli komanda burada ən yaxın izləyicisi “Qəbələ”nin müqavimətini qırmağa çalışsa da, görüş 2:2 hesablı heç-heçə ilə bitib.
Günün digər matçında “Neftçi” azarkeşləri önündə “Sumqayıt”la üz-üzə gəlib və 2:0 hesablı qələbə qazanıb.
Tura sabah yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XXI tur
5 fevral
“Zirə” – “Qəbələ” – 2:2
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Teymur Teymurov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Zirə İdman Kompleksinin stadionu, 16:00
“Neftçi” – “Sumqayıt” – 2:0
Hakimlər: Elçin Məsiyev, Rəhman İmami, Vüsal Məmmədov, Səbuhi Bayramov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bakcell Arena”, 18:30
