“Qəbələ”dən qələbə, “Neftçi”dən xal itkisi
01.03.2020 , 19:02

Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulub.
Korner.az xəbər verir ki, sonuncu oyun günündə də iki görüş baş tutub.
Öncə “Zirə” doğma meydanda “Qəbələ”ni qəbul edib. Meydan sahibləri bu görüş məğlub olub – 1:2.
Turun qapanış matçında isə “Neftçi” “Səbail”lə üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Xatırladaq ki, ilk oyun günündə “Qarabağ” “Sabah”la (0:0), “Sumqayıt” “Keşlə” ilə (2:2) heç-heçəyə razılaşıb.
Azərbaycan Premyer Liqası
19-cu tur
1 mart
“Zirə” – “Qəbələ” – 1:2
Qol: İlkin Muradov, 21, Fernan Lopez, 80, Rövlan Miradov, 87
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Vüqar Bayramov, Rəşad Əhmədov.
Zirə İdman Kompleksinin stadionu, 15:00.
“Neftçi” – “Səbail” – 1:1
Qol: Eriko Da Silva, 55(avtoqol), Rauf Əliyev, 90+2
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Vüqar Həsənli.
Bakı. “Bakcell Arena”, 17:00.
