“Zirə” “Paksi”ni məğlub etdi
22.01.2019 , 19:08

Mövsümün ikinci yarısına Antalyada hazırlaşan “Zirə” bu gün növbəti yoxlama oyununu keçirib.
Samir Abasovun komandası Macarıstanın yüksək liqasında çıxış edən “Paksi” klubu ilə qarşılaşıb. Görüş Samir Abasovun komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Zirə” ilk yoxlama oyununda Rumıniyanın “Voluntari” klubuna 1:0 hesabı ilə qalib gəlib. Paytaxt təmsilçisi sonuncu matçını yanvarın 26-da Rusiya “Tambov”una qarşı keçirəcək.
22 yanvar
Yoxlama görüşü
16:00.“Zirə” (Azərbaycan) – “Paksi” (Macarıstan) – 1:0
Qol: İlkin Qırtımov, 57
Antalya.
