Ölkə futbolu

“Zirə” “Osmanlıspor”a qalib gəldi

28.07.2018 , 00:20

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” bu gün növbəti yoxlama oyununa çıxıb.

Paytaxt klubu yerli “Osmanlıspor”la qarşılaşıb. Matç “Zirə”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 21-ci dəqiqədə Türkiyə I Liqasında çıxış edən komandanın futbolçusu Salih Zafer qapıları səhv salıb – 0:1.

Qeyd edək ki, “Zirə” Türkiyədəki bundan əvvəlki yoxlama görüşlərində Qətərin “Əl-Xaritiyah” (1:1) klubu və Türkiyə “Giresunspor”u (0:0) ilə bərabərə qalıb.

Son yazılar

Yuxarı