“Zirə” onlarla müqavilə yenilədi
13.06.2024 , 12:39

“Zirə” “Qarabağ”dan icarəyə götürdüyü İsmayıl İbrahimli və Rüstəm Əhmədzadə ilə müqaviləsini uzadıb.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
26 yaşlı yarımmüdafiəçi və 23 yaşlı hücumçu daha 1 illik icarəyə götürülüb. Futbolçular növbəti mövsümün sonuna qədər “Zirə”də çıxış edəcəklər.
Qeyd edək ki, Rüstəm 2022-ci ilin yayından, İsmayıl isə 2023-cü ilin yayından paytaxt təmsilçisində oynayır.
