“Zirə” növbəti transferini rəsmən açıqladı
01.07.2025 , 14:30

“Zirə” heyətinə yeni oyunçu cəlb edib.
Korner.az xəbər verir ki, son olaraq “Sumqayıt”da çıxış edən Rövlan Muradovla 2+1 illik müqavilə imzalanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Qəbələ”, “Slaviya B” klublarında da oynayıb.
