“Zirə” növbəti matçına çıxır
23.07.2018 , 11:11

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” bu gün növbəti yoxlama oyununa çıxacaq.
“Qartallar” yerli “Giresunspor”la qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 17:00-da “Fənərbaxça”nın Topuk yaylasında yerləşən bazasının meydançasında start götürəcək.
Qeyd edək ki, Ayxan Abbasovun komandası ilk matçında Qətərin “Əl-Xaritiyah” klubu ilə üz-üzə gəlib və 1:1 hesablı heç-heçə edib.
