“Zirə” müdafiəçisi ilə yollarını ayırdı – rəsmi
27.12.2018 , 16:39

“Zirə”də gözlənilən ayrılıq gerçəkləşib.
“Qartallar” Adil Nağıyevlə vidalaşıb. Müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Adilin “Sumqayıt”a keçəcəyi gözlənilir. Əvəzində isə “Zirə” “gənclik şəhəri” təmsilçisindən müdafiəçi Bəxtiyar Həsənalızadəni heyətinə qatmaq istəyir. Transfer yaxın saatlarda rəsmiləşə bilər.
