Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında bütün mükafatçılar müəyyənləşib.
“Səbail”in çempion, “Qəbələ”nin gümüş mükafatçı olduğu yarışda 3-cü yerin sahibi “Zirə”dir.
3-cü yer şansı olan “Qarabağ” “Qəbələ” ilə heç-heçə edib. Odur ki, “Sumqayıt”la oyunun nəticəsindən asılı olmayaraq, “Zirə” 3-cü yeri özü üçün təmin edib.
