“Zirə” milliyə qalib gəldi
15.11.2020 , 22:13

UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən yararlanan “Zirə” bu gün yoxlama oyununda qüvvəsini sınayıb.
Korner.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Azərbaycanın U-19 millisi ilə qarşılaşıb.
Oyun “Zirə”nin 1:0 hesablı qələbəsiylə yekunlaşıb. Qəsəbə təmsilçisinə qələbə qazandıran qolu 82-ci dəqiqədə Tamerlan Burcəliyev vurub.
