“Zirə” millinin üzvləri ilə müqavilə bağladı
11.08.2019 , 17:31

Ötən mövsüm “Zirə”nin U-16 komandasında çıxış edən Cəlal Hüseynov və Vüsal Əliyev əsas komandaya cəlb olunub.
Korner.az xəbər verir ki, 16 yaşlı futbolçularla 3 illik yeni müqavilə bağlanılıb. Bu futbolçulardan Cəlal Hüseynov əsas komandanın Türkiyədəki təlim-məşq toplanışında da iştirak etmişdi. Vüsal Əliyev isə Bakıya döndükdən sonra məşqlərə cəlb olunub.
Cəlal Hüseynov və Vüsal Əliyev 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvüdü.
