“Zirə” “Makkabi”yə məğlub oldu
21.07.2022 , 21:58

“Zirə” bu gün Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxıb.
Korner.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv İsrailin “Makkabi” klubunu qəbul edib və 0:3 hesabı ilə uduzub.
Komandalar arasındakı cavab matçı iyulun 28-də Təl-Əvivdə olacaq.
Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
21 iyul
20:00 Zirə – Makkabi (Təl-Əviv, İsrail) – 0:3
Baş hakim: Rob Hennessi (İrlandiya)
