“Zirə” məşqlərə start verdi – FOTO
03.01.2020 , 21:09

Qış fasiləsinə yekun vuran “Zirə” bu gündən etibarən mövsümün qalan hissəsi üçün hazırlığa start verib.
Korner.az xəbər verir ki, komanda Bakıda bir araya gəlib.
“Qartallar” ayın 7-nə kimi paytaxtda hazırlıq keçəcək. Ayın 8-də isə komanda Türkiyənin Antalya şəhərinə yola düşəcək.
Qəsəbə təmsilçisi burada “İC Santai” otelində məskunlaşacaq. “Zirə” qonşu ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Komanda yanvarın 11-də Türkiyənin “Ümraniyespor”, 16-da Rumıniyanın “Sepsi”, 21-də isə Serbiyanın “Napredak” klubları ilə qarşılaşacaq.
“Qartallar” yanvarın 22-də Bakıya dönəcək.
