“Zirə” legioneri ilə yollarını ayırdı
02.07.2018 , 10:19

Yay transfer dönəminin ən passiv klublarından olan “Zirə”də növbətyi ayrılıq reallaşıb. Paytaxt təmsilçisi legioneri Riçard Qadze ilə yollarını ayırıb.
Qanalı hücumçu ilə başa çatan müqavilənin müddətinin artırılmamasına qərar verilib. “Zirə” Qadzenin yerini daha keyfiyyətli hücumçu ilə doldurmaq niyyətindədir. 23 yaşlı forvard ötən mövsüm iştirak etdiyi 23 oyunda 7 qolla yadda qalıb. Onun bu göstəricisi baş məşqçi Ayxan Abbasovun ürəyincə deyil.
Qeyd edək ki, Qadze “Zirə”yə ötən yay transfer dönəmində Hindistanın “Dehli” klubundan transfer olunub.
