Premyer Liqa

“Qarabağ”dan qələbə

11.04.2021 , 21:15

Bu gün Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub.

Korner.az xəbər verir ki, son oyun günündə 2 matç keçirilib.

“Zirə” öz meydanında “Keşlə” ilə qarşılaşıb. Görüşdə hesab açılmayıb – 0:0. Digər görüşdə isə “Sumqayıt” “Qarabağ”ın qonağı olub. Matç Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə bitib.

11 aprel (bazar)

17:00. “Zirə” – “Keşlə” – 0:0
Hakimlər:
Rəşad Əhmədov, Rahil Ramazanov, Müslüm Əliyev, Elçin Məsiyev
Zirə İdman Kompleksinin stadionu

19:15. “Qarabağ” –“ Sumqayıt” – 4:1
Hakimlər:
Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, İnqilab Məmmədov
“Azersun Arena”

10 aprel (şənbə)

“Sabah” –“Səbail” – 0:0

“Qəbələ” – “Neftçi” – 2:2

Son yazılar

Yuxarı