Ölkə futbolu

“Zirə” kapitanı ilə yolları ayırdı – Rəsmi

13.07.2020 , 15:48

“Zirə” kapitanı Cavid Hüseynovla yolları ayırıb.

Korner.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, milli komandamızın üzvü 2019-cu ilin iyun ayından “Zirə”də çıxış edirdi. Onun paytaxt klubu ilə gələn ilin yayına qədər sözləşməsi var idi.

Son yazılar

Yuxarı