“Zirə” – “Kəpəz” matçının vaxtında dəyişiklik
24.02.2025 , 14:30

Kəskin dəyişən hava şəraitinə görə bu günə təxirə salınmış Misli Premyer Liqasının 24-cü turunun “Zirə” – “Kəpəz” matçının başlama saatı dəyişdirilib.
Korner.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün qardan tam təmizlənməsi məqsədilə qarşılaşmanın saat 18:00-da start götürməsi qərara alınıb.
Daha əvvəl görüşün bu gün saat 16:00-da start götürməsi planlaşdırılırdı.
