“Zirə” “Kəpəz”lə heç-heçə etdi
25.12.2022 , 17:10

Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub.
Korner.az xəbər verir ki, ilin son matçı Zirədə baş tutub.
Rəşad Sadıqovun baş məşqçilik etdiyi yerli komanda burada “Kəpəz”in müqavimətini qırmağa çalışıb. Görüş 2:2 hesablı heç-heçə ilə bitib.
Bu matçla Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün ilk hissəsinə yekun vurulacaq. Növbəti dövrə 2023-cü ilin yanvarın 24-də başlayacaq.
Azərbaycan Premyer Liqası
XVIII tur
25 dekabr
Zirə – Kəpəz – 2:2
Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Zöhrab Abbasov, Fərid Hacıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Zirə İdman Kompleksinin stadionu, 15:00
