“Zirə” “Kəpəz”ə qalib gəldi
24.02.2025 , 20:55

Bu gün Azərbaycan Premyer Liqasında 24-cü tura yekun vurulub.
Korner.az xəbər verir ki, dünən hava şəraiti səbəbindən təxirə salınan “Zirə” – “Kəpəz” matçı bu gün baş tutub.
Görüş “qartallar”ın 2:0 hesablı qələbəsi ilə bitib.
24 fevral
16:00. “Zirə”– “Kəpəz” – 2:0
Qollar: Rafael Utsiq, 62, Rüstəm Əhmədzadə, 90+3
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin Məsiyev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Zirə İdman Kompleksinin stadionu
