Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində keçirilən “Zirə” – “İnter” görüşündə gərgin anlar yaşanıb.
Matçın 57-ci dəqiqəsində qonaqların hücumçusu Pərdis-Fərcad Azadla yerli azarkeşlər arasında xoşagəlməz dialoq yaşanıb. Belə ki, hücumçunun vaxtı uzatmaq üçün topu kənara vurmasından narazı qalan yerli azarkeşlər onun ünvanına nalayiq ifadə işlədiblər.
Bu vaxt Pərdis fanatlara eyni tərzdə cavab verib.
Hazırda ikinci hissəsi oynanılan qarşılaşmada qonaq komanda 1:0 hesabıyla irəlidədi.
