“Zirə” ilk görüşdə məğlub oldu
29.06.2022 , 19:14

Yeni mövsümdə hazırlıqlarını Türkiyədə davam etdirən “Zirə” bu gün ilk yoxlama matçına çıxıb.
Korner.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda Rumıniyanın “Hermanşdatd” klubu ilə üz-üzə gəlib.
Matç rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Zirə”nin yeganə qoluna Hamidu Keyta imza atıb.
Yoldaşlıq oyunları
29 iyun
18:00 “Zirə” – “Hermanşdatd” (Rumıniya) – 1:2
