Ölkə futbolu

“Zirə” ilə “Keşlə”nin 23-cü dueli

10.04.2021 , 16:27

“Zirə” Premyer Liqanın XXII turunda “Keşlə” ilə qarşılaşacaq.

Korner.az xəbər verir ki, Zirə İdman Kompleksindəki matç iki rəqib arasında çempionatdakı 23-cü duel olacaq.

Əvvəlki 22 oyunda 7 dəfə qalib gələn “Zirə” 9 dəfə heç-heçə ilə kifayətlənib və 6 matçda uduzub. Bu üstünlük top fərqində də əksini tapıb – 28:27.

“Zirə” cari mövsümdə “Keşlə”yə qarşı keçirilən üç görüşdə uduzmayıb. Bu görüşlərin hər birində 2 və ya daha çox qola imza atan komanda ümumilikdə 8 qolla 7 xal toplayıb.

“Keşlə” ilə 10 ev oyununda üz-üzə gələn “Zirə” 4 dəfə qalib gəlib. 5 səfər heç-heçəsi olan zirəlilər 1 dəfə doğma meydanda uduzub. Evdə 16 qol vuran “Zirə” 10 top buraxıb.

Qeyd edək ki, aprelin 11-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Keşlə” matçı saat 17:00-da başlayacaq.

Son yazılar

Yuxarı