“Zirə” “DAK 1904″ə qalib gəldi
25.07.2024 , 22:25

Azərbaycan təmsilçisi “Zirə” bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununa çıxıb.
Korner.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçilik etdiyi komanda evdə “DAK 1904” (Slovakiya) ilə üz-üzə gəlib.
“Dalğa Arena”da keçirilən görüş 4:0 hesablı “Zirə”nin qələbəsi ilə bitib.
Konfrans Liqası, ilk oyunlar
25 iyul
20:30. “Zirə” (Azərbaycan) – “DAK 1904” (Slovakiya) – 4:0
Qollar: Rafael Utziq, 29 , Junior Martins, 31, David Volkov, 51, 53 Hakimlər: İvo Torres, Rafael Morim, Dani Dias, Jasim Sabotiç (Lüksemburq)
“Dalğa Arena”
