“Zirə” – “DAC 1904” oyununun biletləri satışa çıxarılır
22.07.2024 , 17:56

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Zirə” – “DAC 1904” (Slovakiya) oyununun biletləri sabah – iyulun 23-ü saat 10:00-dan satışa çıxarılacaq.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10, və 20 manat təşkil edir.
Azarkeşlər biletləri Zirə İdman Kompleksi, “Dalğa Arena” və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala bilər.
Qeyd edək ki, komandalar arasında ilk matç iyulun 25-də Bakıda, cavab görüşü isə bundan bir həftə sonra Slovakiyada keçiriləcək.
