“Zirə” bu futbolçunu göndərdi
31.01.2022 , 20:37

“Zirə” futbolçusu Velves Santosla yollarını ayırıb.
Korner.az xəbər verir ki, mpvsümün əvvəlində Ukrayna “Lvov”undan icarəyə götürmüş braziliyalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu barədə qəsəbə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
22 yaşlı forvard üçtərəfli razılaşmaya əsasən, məxsus olduğu “Lvov” klubuna qayıdıb.
