“Zirə” “Araz-Naxçıvan”a məğlub oldu
29.04.2024 , 20:57

Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub.
Korner.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma keçirilib.
“Zirə” azarkeşləri önündə “Araz-Naxçıvan”ı qəbul edib. Oyun “qartallar”ın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Azərbaycan Premyer Liqası
XXXII tur
29 aprel
19:00 Zirə – Araz-Naxçıvan – 0:1
Baş hakim: Cavid Cəlilov
Zirə İdman Kompleksinin stadionu
