“Araz-Naxçıvan” və “Neftçi” yarımfinalda!
28.02.2025 , 21:20

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.
Korner.az xəbər verir ki, günün ilk görüşündə “Araz-Naxçıvan” “Zirə”ni qəbul edib. Matç qonaq komandanın qələbəsi ilə bitib – 2:0. Bununla da “Araz-Naxçıvan” adını 1/4 finala yazdıra bilib.
Digər matçda isə “Neftçi” “Kəpəz”i qəbul edib. “Ağ-qaralar” bu oyunda 1:0 hesabı ilə qalib gərək 1/4 finala mərhələ adlayıb.
Azərbaycan Kuboku
1/4 final
Cavab oyunları
28 fevral
16:00 “Zirə” – “Araz-Naxçıvan” – 0:2
Qollar: Felipe Santos, 3-pen; 45-pen.
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu.
İlk oyun 0:1
Zirə İdman Kompleksinin stadionu
19:30. “Neftçi” – “Kəpəz” – 1:0
Qol: Bassala Sambu, 27
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Tural Qurbanov.
“Neftçi Arena”
İlk oyun – 2:0.
